05 Yanvar 2025, Bazar

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 18 ok­tyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin qızlardan ibarət komandalar arasında dama birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov və şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov çıxış edərək müstəqillik dövründə muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Keçirilən yarışda 16 tam orta məktəbdən 48 şagird (hər komandanın tərkibində 3 qız olmaqla) iştirak edib. Olimpiya sistemi üzrə keçirilən yarışın yekun nəticəsinə əsasən 17 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 7 nömrəli tam orta məktəbin komandası ikinci, 9 və 5 nömrəli tam orta məktəblərin komandaları isə üçüncü yerə layiq görülüblər.
Qalib komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR