04 Yanvar 2025, Şənbə

Muxtar respublikada enerji təhlükəsizliyi təmin edilmiş, bütün yaşayış məntəqələri qazlaşdırılmışdır. Artıq qış aylarında da abonentlər dayanıqlı mavi yanacaqla təmin olunur, təbii qazın fasiləsiz nəqli istiqamətində müvafiq tədbirlər görülür, mövcud xətlərdə təmir-bərpa işləri aparılır, yeni qaz xətləri çəkilir.
2015-ci ilin yanvar ayında muxtar respublikada təbii qazdan istifadə edən abonentlərin sayı artmışdır. Belə ki, daxil olan müraciətlər əsasında 168-i əhali, 19-u qeyri-əhali olmaqla, 187 mənzil, fərdi ev və digər müxtəliftəyinatlı obyektə yeni qaz xətləri çəkilmişdir. Həmçinin muxtar respublikada aparılan quruculuq işləri zamanı 16 min 979 paqonometr yeni qaz xətti çəkilmiş və ya yeri dəyişdirilmişdir.

Qış mövsümündə təbii qaza olan tələbatın artması qaz nəqli sisteminin daha artıq yüklənməsinə və gərgin işləməsinə səbəb olur. Bu da təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini şərtləndirir. Birlik tərəfindən bu amil nəzərə alınaraq sistemin normal istismarını təmin etmək məqsədilə yanvar ayında da müvafiq işlər görülmüşdür. Belə ki, ərazilər üzrə bütün sistem boyu qaz kəmərlərinə texniki baxış keçirilmiş, fərdi evlərin, ictimai yaşayış binalarının və istehsal sahələrinin daxili qaz xətlərinə və avadanlıqlarına nəzarət edilmişdir. Həmçinin ay ərzində istehlakçılar tərəfindən Qəza Dispetçer xidmətlərinə daxil olan 1812 çağırışa uyğun tədbirlər görülmüş, qaz təsərrüfatı şəbəkələrində 1996 halda sızma aşkarlanaraq aradan qaldırılmış, mavi yanacağın təsdiq edilmiş texnoloji rejimə uyğun nəqli təmin olunmuşdur. Bu tədbirlərin mütəmadi təşkili, eləcə də daxil olan çağırışların operativ yerinə yetirilməsi üçün “Naxçıvanqaz” İstehsalat Birliyində lazımi miqdarda ehtiyat boru kəmərləri, çilingər alətləri, köməkçi avadanlıqlar, işçilər üçün geyim dəstləri bazası yaradılmışdır. Bundan başqa, birlik üzrə maşın-mexanizmlərin və qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılmış, onların normal istismarı təmin olunmuşdur.
İstehlakçıların təhlükəsizlik təlimatlarına riayət etməsinə nəzarət məqsədilə reydlər ötən ay da davam etdirilmiş, əhali arasında müvafiq maarifləndirmə və izahat işinin təşkili də diqqət mərkəzində saxlanılmışdır. Reydlər zamanı ortaya çıxan nöqsanlar aradan qaldırılmış, istismara yararsız 3974 qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Bununla yanaşı, kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə şəhər, rayon Qaz İstismarı idarələrinin bir qrup işçisi Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan “qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” peşəsi üzrə kurslara cəlb olunmuşdur.
“Naxçıvanqaz” İstehsalat Birliyinin kollektivi muxtar respublikanın yaşayış məntəqələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını bundan sonra da diqqət mərkəzində saxlayacaqdır.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR