03 Yanvar 2025, Cümə

24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən “Daşınmaz əmlakın icbari sığortası” və “Avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə zərərçəkmiş vətəndaşlara sığorta ödənişlərinin verilməsi davam etdirilir. Cari ilin yanvar ayında da bu tədbirlər davam etdirilmiş və Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan Məmmədov Arif Əli oğluna məxsus daşınmaz əmlakın icbari sığortası üzrə yaşayış evinə yanğın nəticəsində dəymiş zərərə görə 7550 manat məbləğində sığorta ödənişi verilmişdir.
Avtonəqliyyat vasitələrinə dəymiş zərərə görə isə bu ay ərzində Culfa rayon sakini İbrahimli Rəşad Hüseyn oğluna 2730 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə nəqliyyat vasitələrinə dəymiş zərərə görə Naxçıvan şəhər sakini Əliyeva Xuraman Yaşar qızına 1744 manat və Şərur rayon sakini Qafarov Qulu Abdulla oğluna 1250 manat sığorta məbləği ödənilmişdir. Ümumilikdə, yanvar ayı ərzində nəqliyyat vasitələrinə dəymiş zərərə görə 15 avtonəqliyyat vasitəsi sahibinə müxtəlif məbləğlərdə sığorta ödənişləri verilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR