03 Yanvar 2025, Cümə

Muxtar respublikamızda dinamik inkişafın təmin olunması insanların yaşayış səviyyəsini yüksəldib, demoqrafik vəziyyətə müsbət təsir göstərib. Doğulan uşaqların sayının ilbəil artması ilə yanaşı, son illərdə iki və üç uşaq dünyaya gəlməsi halları da çoxalıb. Babək rayon Yarımca kənd sakini Tağı Nağıyevin ailəsi də bu sevinci yaşayıb. Belə ki, bu ailədə üçüz uşaqlar dünyaya gəlib. Məlumat üçün bildirək ki, üçüz uşaqlardan biri qız, ikisi oğlandır. Həkimlərin dediklərinə görə, uşaqların və ananın səhhəti qənaətbəxşdir.

Bu münasibətlə Naxçıvan Doğum Mərkəzində tədbir keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxışında vurğulayıb ki, muxtar respublikamızda yaşayan ailələrin sosial hüquqlarının təmin olunması, onların yaşayış səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, onlara göstərilən qayğı günbəgün artırılır.
Səhiyyə naziri Niyazi Novruzov səhiyyənin inkişafından, onun maddi-texniki bazasının möhkəmləndirilməsindən, muxtar respublika əhalisinin sayının artmasında sakinlərin sosial rifahının oynadığı roldan söz açıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxışında ailələrimizin daha da möhkəmlənməsi, onların firavan yaşamaları üçün davamlı tədbirlərin görüldüyünü qeyd edib.
Qeyd edək ki, uşaqların sağlam böyüməsinə nəzarət etmək üçün Səhiyyə Nazirliyi tərəfindən evdə tibbi xidmət məqsədilə həkim və tibb bacısı təyin olunacaqdır.
Tədbir iştirakçıları ailəyə hədiyyələr təqdim ediblər.
Üçüz uşaqların anası Şəbnəm Nağıyeva ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR