26 Aprel 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqlar üçün növbəti ekskursiya təşkil edilib. Məqsəd tətil günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsidir. Ekskursiyada şəhid övladları, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan 24 uşaq iştirak edib. Uşaqlar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Sonra ekskursiya çərçivəsində uşaqların növbəti ünvanı “Badamlı” Mineral Sular Zavodu olub. Ekskursiya zamanı onlara bildirilib ki, “Badamlı” Mineral Sular Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış bazaları yaradılıb və ölkəmizin hər yerində satışı həyata keçirilir. “Badamlı” brendi ilə mineral suların xarici ölkələrə ixracı həyata keçirilir. Ötən il 3 ölkəyə 500 tondan artıq məhsul ixrac edilib.
“Badamlı” mineral sularının istehsal prosesi uşaqlarda böyük marağa səbəb olub.
Ekskursiyanın sonunda uşaqlara Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda ekranlaşdırılmış “Ağ atlı oğlan” filmi nümayiş etdirilib.
Qeyd edək ki, adıçəkilən kateqoriyalardan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün bu səpkidə tədbirlər davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR