03 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin “Azərbaycanın gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycanın gənclər paytaxtı”nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi daşıyır.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc­lər paytaxtı – 2014”ün seçimlərinə artıq start verilir. “Paytaxt” internet səsverməsiylə seçiləcək. Qeyd edək ki, bu səsvermədə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasından Naxçıvan şəhərinin də namizədliyi irəli sürülmüşdür. Yanvarın 23-dən fevralın 1-dək keçiriləcək səsvermə hamı üçün açıq olan www.genclerpaytaxti.az saytı vasitəsilə reallaşdırılacaq. Səsvermədə yaşadığı yerdən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq, hər kəs Azərbaycanın gənclər paytaxtının seçilməsində iştirak edə bilər. Açıq, şəffaf, bərabər olmaqla, 3 prinsip əsasında aparılan səsvermə zamanı verilən hər səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır. Səsvermə başa çatdıqdan sonra ən çox səs toplamış şəhər (rayon) qalib seçilir. Əgər Naxçıvan şəhərini gənclər paytaxtı görmək istəyiriksə, www.genclerpaytaxti.az saytına daxil olub səs vermək lazımdır. Qədim Naxçıvanımızın “Gənclər paytaxtı” seçilməsi şəhərimizdəki gənclərin təşəbbüslərinin və beynəlxalq əlaqələrinin inkişafı üçün növbəti bir stimul olacaq. Həmçinin regionda sosial və iqtisadi fəaliyyət də artacaq. “Gənclər paytaxtı” 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Əziz naxçıvanlılar, gəlin  hamılıqla bu səsvermədə fəal iştirak edək,  gündən-günə gözəlləşən və müasirləşən Naxçıvan şəhərini  “Gənclər paytaxtı” seçək.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR