Naxçıvan Dövlət Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, professor Saleh Məhərrəmov ali təhsil ocağının tələbə və müəllim heyətini təbrik edərək bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və ənənəvi bayramlarımızdan birinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının milli birliyini simvolizə edən tarixi əhəmiyyətli bir gündür. Rektor vurğulayıb ki, xalqımızın həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.
Sonra səhnəyə Şaxta baba və Qar qız dəvət olunub. Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin tələbə və müəllimlərinin bir-birindən maraqlı ifaları alqışlarla qarşılanıb.
Tədbir universitetin Sosial Xidmət Mərkəzində süfrə arxasında davam etdirilib.
Mina QASIMOVA