Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumatda bildirilir ki, baş verən təsadüfi bədbəxt hadisələrə görə sığortalı vətəndaşlara dəymiş zərərlərin hesablanaraq onlara ödənişlər şəklində yardımlar verilməsi davam etdirilir. Belə ki, cari ilin dekabr ayı ərzində mülki məsuliyyətin icbari sığortası üzrə yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilləri zərər çəkdiklərinə görə Əli Paşayevə 850, Məhərrəm Gülməmmədova 1930, Tapdıq Vəliyevə 450, Rəşad Abdullayevə 750, Zülfü Cəfərova 500, Mənsur Nəcəfova 795, Kapital Bankın Şahbuz Rayon Şöbəsinə 2712 manat, xidmət zamanı əlillik dərəcəsi aldıqlarına görə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Heydərəli Məhərrəmov və Əyyub Hüseynovun hər birinə 6600, “Aysel” gözəllik salonunun sahibi Rəvanə Məmmədovaya isə daşınmaz əmlakın icbari sığortası üzrə 530 manat sığorta ödənişi verilib.
Muxtar respublikada sığortalı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Xəbərlər şöbəsi