03 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, cari il fevral ayının 4-də Naxçıvan Mux­tar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qarşısında qoyulmuş tapşırıqların icrası ilə bağlı bu ilin 11 ayı ərzində bir sıra işlər görülüb. Belə ki, əməyin mühafizəsi ilə bağlı 180 istehsal müəssisəsi və tikinti sahəsində yoxlamalar aparılıb, bu sahədə olan mövcud nöqsanların aradan qaldırılmasına dair 31 halda icrası məcburi göstərişlər, 6 halda inzibati xəta hadisəsinə yol vermiş şəxslərin inzibati məsuliyyətə cəlb olunaraq 6500 manat məbləğində cərimələnməsinə dair qərar verilib. Əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı 84 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb, 143 işçi isə işin xarakterinə  uyğun fərdi mühafizə vasitələri ilə təmin edilib.

Müvəqqəti qurğuların qurulması və normal əmək şəraitinin yaradılması məqsədilə tikinti aparılacaq ərazilərə baxış keçirilib və akt tərtib olunaraq həmin tikinti sahələrində işlərin başlanmasına razılıq verilib.
İstehsalatda baş vermiş 8 bədbəxt hadisədən 6 hadisənin təhqiqatı başa çatdırılıb. İki hadisənin təhqiqatı hazırda davam etdirilir.
Nazirlikdən onu da bildiriblər ki, qapalı istehsal müəssisələrində işçilərin sağlamlığına mənfi təsir göstərən və peşə xəstəliyinə zəmin yaradan mövcud amillərin müəyyənləşdirilməsi üçün ölçmələr aparılıb, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə işəgötürənlərə metodik köməkliklər göstərilib.
Nəzarət qaydasında aparılan araşdırmalar zamanı əmək qanunverici­liyinə uyğun işçilərlə əmək müqaviləsinin bağlanması, onların bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarının vəziyyəti diqqət mərkəzində saxlanılıb. Belə ki, 87 müəssisədə 132 işçi ilə əmək müqaviləsinin bağlanması, 28 halda əmək müqaviləsində əməkhaqqının real göstərilməsi, 628 müəssisədə isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanması təmin olunub.
Aldığımız məlumatda deyilir ki, müvafiq dövr ərzində 29 müəssisədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət həyata keçirilən zaman aşkar edilmiş mövcud nöqsanların aradan qaldırılmasına dair 25 halda icrası məcburi göstəriş verilib, 3 özəl müəssisədə inzibati xəta hadisəsinə yol vermiş şəxslər inzibati məsuliyyətə cəlb olunaraq onların 9000 manat məbləğində cərimələnmələrinə dair qərar qəbul edilib.
İşəgötürənlərin diqqətini bir daha əməyin mühafizəsi tədbirlərinə cəlb etmək məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində muxtar respublikamızda tikinti aparan özəl və dövlət müəssisələri tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunması mövzusunda maarifləndirici seminarlar keçirilib. “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin tabeliyində olan istehsal və tikinti sahələrində də əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində işçilərin biliklərinin artırılması məqsədilə seminarlar təşkil olunub.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR