18 Aprel 2024, Cümə axşamı

Heydər Əliyev Sarayında keçirilən məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın qalibləri mükafatlandırılıb. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun tədbirlər planına əsasən fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışların təşkili qadınların məşğulluğunun təmin edilməsinə, onların rifah halının yüksəldilməsinə yönəldilmişdir. Builki sərgi-satışa 514 şəxsin 7 mindən çox rəsm və əl işi cəlb olunmuşdur. Sərgi-satışda 278 müəllifin 26557.70 manat dəyərində 2583 ədəd əl işi satılmışdır. Bu da müvafiq təbəqədən olan insanlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Qeyd olunub ki, muxtar respublikada məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı çərçivəsində “Ən yaxşı əl işi” müsabiqəsi keçirilib.
Sonda komitə sədri Naxçıvan Muxtar Respublikasında qadınlara, o cümlədən istedadlı qadınlara göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxışında diqqətə çatdırıb ki, muxtar respublikada məhdud fiziki imkanlıların və istedadlı qadınların bütün sahələrdə iştirakı təmin olunur, bunun üçün hərtərəfli şərait yaradılıb. Onlar hərtərəfli qayğı ilə əhatə olunur, eləcə də onların istedadlarının üzə çıxarılması, yaradıcılıq əzminin stimullaşdırılması məqsədilə zəruri işlər həyata keçirilir. Bu baxımdan ənənə halını almış sərgi-satışların təşkili mühüm tədbirlərdəndir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov “Ən yaxşı əl işləri” müsabiqəsinin əhəmiyyəti barədə ətraflı məlumat verərək qalibləri təbrik edib.
Sonra məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı çərçivəsində keçirilən “Ən yaxşı əl işləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Rəsm nominasiyası üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq ixtisasının I kurs tələbəsi – Əzizə Hacıyeva, toxuma-tikmə nominasiyası üzrə evdar qadın Günel Cəfərova, dekorativ-tətbiqi sənət nominasiyası üzrə II qrup sağlamlıq imkanları məhdud, Naxçıvan şəhər Texniki Yaradıcılıq Mərkəzinin Raket və təyyarə dərnəyinin rəhbəri Tofiq Ələkbərov müsabiqənin qalibləri elan ediliblər. Qaliblərə, müsabiqədə II və III yer tutanlara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub. Müsabiqə qalibləri yaradılan şəraitə və göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR