03 Yanvar 2025, Cümə

Cari ildə də muxtar respublikada bu istiqamətdə məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılıb

Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi muxtar respublikada həyata keçirilən sosial tədbirlərin tərkib hissəsidir. Muxtar respublikamızın iqtisadiyyatında dinamik inkişafın təmin olunmasının nəticəsidir ki, tikinti-quraşdırma işlərinin həcmi artmış, yeni istehsal, emal müəssisələri və xidmət sahələri yaradılmış, minlərlə yeni iş yerləri açılmışdır.
Əhalinin məşğulluğunun təmin olunmasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidməti də mühüm rol oynayır. Cari ilin 11 ayı ərzində muxtar respublika sakinlərinin məşğulluğunun təmin olunması məqsədilə aktiv sosial müdafiə tədbirlərinin, o cümlədən işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqı ödənilən ictimai işlərə cəlb edilməsi, peşə hazır­lığı, yenidən hazırlıq və ixtisasartırma sahəsində ardıcıl tədbirlər davam etdirilmişdir.

Cari ilin 11 ayı ərzində işaxtaran vətəndaşların əmək fəaliyyətinə cəlb olunması diqqət mərkəzində saxlanılmış, rayon(şəhər) məşğulluq mərkəzləri tərəfindən 2938 nəfər işaxtaran qeydiyyata alınmışdır ki, bunlardan da 2488 nəfəri müxtəlif sahələrdə işlə təmin olunmuşdur.
Məşğulluq xidməti orqanlarına müraciət etmiş işaxtaran vətəndaşların münasib işlə təmin edilməsinin nəticəsidir ki, qeyd edilən dövr ərzində məşğulluq xidməti orqanları tərəfindən işsizlik statusu verilməmiş, işsizlik müavinətinin təyinatı aparılmamışdır.
Gənclərin və qadınların məşğulluğunun təmin olunmasına da diqqət artırılmışdır. Belə ki, qeyd olunan dövrdə işə düzələnlərin 1014 nəfərini gənclər, 560 nəfərini qadınlar təşkil etmişdir.
2013-cü ilin on bir ayı ərzində 392 nəfər peşə hazırlığı kurslarına, 300 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. Bu müddət ərzində məşğulluq xidməti orqanları tərəfindən aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının hazırlanıb keçirilməsinə ciddi önəm verilmişdir. Cari ilin ötən dövrü ərzində 4 dəfə rayon mərkəzlərində və Naxçıvan şəhərində əmək yarmarkaları keçirilmiş, bu yarmarkalarda, ümumilikdə, 904 nəfər peşə və ixtisasına uyğun, təhsil və səhiyyə işçiləri üçün keçirilmiş əmək yarmarkalarında isə 111 pedaqoji kadr və 16 tibb işçisi daimi işlə təmin olunmuşdur.
Gənclərin müxtəlif peşələrə meyil və maraqlarını inkişaf etdirmək istiqamətində tədbirlərin keçirilməsi də diqqət mərkəzində olmuşdur. Bu məqsədlə Naxçıvan şəhərində fəaliyyət göstərən məktəblərin 511 şagirdi peşəyönümü kabinetində keçilən məşğələlərə cəlb olunmuşdur.
Əlil və ahıl vətəndaşların fərdi məşğulluğunun təmin edilməsi, maddi rifahının yüksəldilməsi məqsədilə onlar tərəfindən yun corabların toxunması təşkil edilmişdir. Ümumilikdə, hərbi hissələrə bu qəbildən olan insanlar tərəfindən toxunan 5000 cüt yun corab təhvil verilmişdir.
Əmək bazarında tələb və təklif arasında tarazlıq yaranmasında mühüm rol oynayan Naxçıvan Regional Peşə Tədris Mərkəzini qeyd olunan dövr ərzində 292 müdavim bitirmiş və hazırda 64 nəfərə müvafiq peşə ixtisasları üzrə peşə təlimi keçilir.
Həyata keçirilən müxtəlifistiqamətli sosial tədbirlər muxtar respublika sakinlərinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edən tədbirlərin davamlı xarakter almasını göstərməklə dövlət qayğısının ifadəsi kimi dəyərləndirilir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR