03 Yanvar 2025, Cümə

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı uşaqların təhsil alması, tibbi və sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər ötən ay da davam etdirilib.
Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində, eləcə də onun ­Defektoloji bölməsinin Şərur və Ordubad rayonlarındakı bölmələrində müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, həmçinin müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmiş, reabilitasiya təlimlərinə 155 uşaq cəlb olunmuşdur.
Bu qəbildən olan uşaqların tibbi reabilitasiyası da diqqətdə saxlanılmış, Uşaq Bərpa Mərkəzində 39 uşağın müalicəsi təşkil edilmiş, 3 uşağa protez-ortopediya xidmətləri göstərilmiş, 10 uşağa texniki reabilitasiya vasitələri təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR