03 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən cari ilin 6 ayı ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiq­edici sənədlərə əsasən sığorta­olunanlara məcburi dövlət sosial sığortası üzrə ödəmələr aparılıb. Belə ki, muxtar respublika üzrə 4224 nəfər sığortaolunana fondun yerli orqanları tərəfindən məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib. Bunlardan 336 nəfər sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, 586-na hamiləliyə və doğuma, 1909-na uşağın anadan olmasına, 1354 nəfər sığortaolunana isə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət ödənilib. Eyni zamanda vəfat etmiş 39 nəfər sığortaolunanı dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinət ödənilib.
Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər üzrə vəsait sığortaedənlər tərəfindən təqdim olunmuş haqq- hesab cədvəllərindəki bank rekvizitlərinə uyğun olaraq “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti ilə, eləcə də muxtar respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə onların plastik bankomat kartlarına və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri vasitəsilə ünvanlarında ödənilib.

Məlumat üçün bildirək ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisələrinə pensiya yaşına çatmaq, əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olması, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti daxildir. Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, sığorta­olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi, dəfn üçün müavinət daxildir. Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin tələblərinə uyğun həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR