03 Yanvar 2025, Cümə

Muxtar respublikamızda həyatın bütün sahələrini əhatə edən genişmiqyaslı quruculuq işləri, ilk növbədə, insanların rahat yaşamasına və firavanlığına hesablanıb. Təqdirəlayiq hallardan biri isə son illərdə bölgələrimizdə hərtərəfli şəraitə malik mərasim evlərinin inşa olunmasıdır.

Qeyd etmək lazımdır ki, əvvəllər insanlar yas mərasimlərini keçirərkən məişət çətinlikləri ilə üzləşir, ilin yağıntılı dövrlərində qayğılar daha da çoxalırdı. Lakin bu xeyirxah addımdan sonra vəziyyət köklü surətdə dəyişilib. İndi ilin bütün fəsillərində yas mərasimləri şəriət qaydalarına uyğun rahat şəkildə həyata keçirilir.
Muxtar respublikanın ən böyük rayonlarından sayılan Şərurda da mərasim evlərinin tikintisi diqqətdə saxlanılır. Belə ki, ötən dövr ərzində rayonun Qarahəsənli, Arbatan, Zeyvə, Ərəbyengicə, Xanlıqlar, Muğanlı, Tumaslı kəndlərində yeni mərasim evləri tikilərək kənd sakinlərinin istifadəsinə verilib. Hazırda rayonun Qorçulu, Siyaqut, Qarxun, Sərxanlı, Püsyan, Muğancıq-Müslüm, Xanlıqlar kənd­lərində mərasim evlərinin inşası aparılır.
Onu da xatırlatmaq yerinə düşər ki, muxtar respublikada yas və dəfn mərasimlərinin dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi ölkə səviyyəsində nümunə hesab edilir. Şərur rayonunda da bu qaydalara ciddi əməl olunur.

 Nail ƏSGƏROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR