03 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır, müvafiq tədbir və müsabiqələr keçirilir.
Ötən ay Culfa rayonunun Dizə kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, 205 maarifləndirici broşür paylanılmışdır. Aztəminatlı ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmış, 1 ailəyə müvafiq köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 339 uşaq haqqında fərdi məlumatlar daxil edilmiş, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı tədbirlər görülmüş, 3 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq 2018-ci il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair aidiyyəti orqanlardan illik hesabatlar alınmış, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquq­larının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilmişdir. Həmçinin övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş uşaqların uçotu aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR