03 Yanvar 2025, Cümə

Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2019-cu il 7 fevral tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.
Bu sərəncam pensiya təminatında artım dinamikasının, ümumən, əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin cari ildə də uğurla davam etdirildiyini göstərir. Sərəncama əsasən əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 3 faiz artırılacaqdır.

Ölkə başçısının bu sərəncamının icra edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən müəyyən işlər görülür. Artımlar muxtar respublika üzrə 48 min 864 əmək pensiyaçısına şamil ediləcək və pensiyalara yönəldilən aylıq vəsaitdə, ümumilikdə, 258,7 min manata yaxın artım olacaqdır. Muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan 172 min 309 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi də xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış şəkildə həyata keçiriləcəkdir. Nəticədə, yaşa görə 26 min 789, əlilliyə görə 13 min 178, ailə başçısını itirməyə görə 8897 pensiyaçının pensiyası artırılacaqdır.
Məlumat üçün bildirilir ki, fond tərəfindən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və digər bu kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış əmək pensiyaçılarının pensiyalarında da bu sərəncama uyğun müvafiq şərti çevrilmələr aparılmaqla müvafiq hesablamalar həyata keçiriləcək, lakin onların pensiyalarının ümumi məbləğində dəyişiklik olmayacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən indeksləşmə 1 həftə ərzində yekunlaşdırılaraq bütün növ əmək pensiyaları üzrə hesablanmış artımlar, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2019-cu il fevral ayının pensiya ödənişində, yanvar ayının artımları da daxil olmaqla əmək pensiyaçılarına ­ödəniləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR