03 Yanvar 2025, Cümə

“Naxçıvan” Universitetində keçirilən tədbiri giriş sözü ilə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu açıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları polis polkovnik-leytenantı Rəşad Seyidovun və polis baş leytenantı Ayaz İsmayılovun çıxışları dinlənilib.
Çıxış edənlər Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində və ərazi polis orqanlarının dövlət yol polisi xidmətlərində yol hərəkəti təhlükəsizliyinin qorunması ilə bağlı görülən işlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yol hərəkəti qayda pozuntularına qarşı mübarizə işi yol patrul xidməti inspektorları tərəfindən vizual şəkildə həyata keçirilir. Bununla yanaşı, muxtar respublika ərazisində 167 nəzarət müşahidə kamerası quraşdırılıb.
Sonda tədbir iştirakçıları “Yol hərəkəti qaydalarını öyrənək və bu qaydalara əməl edək” adlı slayda baxıblar.

Nuray ƏSGƏROVA

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR