03 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatında tikinti sahəsində sahibkar­lıq fəaliyyəti ilə məşğul olan şəxslər ilə görüş keçirilib.

Tədbiri Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Vüsal Sevdim­alıyev açıb.
Fondun Gəlirlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, məcburi dövlət sosial sığortahaqqı əmək pensiyalarının maliyyələşdirilməsi üçün əsas mənbədir. Hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Tikinti sahəsində fəaliyyət göstərən fiziki şəxslər isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını və ödənilməsini təmin etməlidirlər.
Bildirilib ki, məcburi dövlət sosial sığortahaqqı ödəyiciləri məcburi dövlət sosial sığorta haqlarını həm fondun internet səhifəsində onlayn ödəmə bölməsinə daxil olmaqla plastik bankomat kartları vasitəsilə, həm banklarda nağd qaydada onlayn ödəniş yolu ilə, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilərlər.

Sonra fondun Fərdi uçot şöbəsinin baş məsləhətçisi Elçin Səfərov çıxışında qeyd edib ki, fərdi uçot sisteminin formalaşdırılmasında əsas məqsədlərdən biri sığorta­olunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır. Fərdi uçotla bağlı yaradılmış bazadan istifadə etməklə sosial sığorta iştirakçıları haqqında dəqiq məlumat almaq mümkündür. Bu da, öz növbəsində, sığortaolunanın pensiyaya çıxacağı haqqında dəqiq proqnozların verilməsinə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə daha operativ nəzarət etməyə imkan verir.
Çıxışda məcburi dövlət sosial sığorta haqları vaxtında və düzgün ödənilmədiyi təqdirdə qanunvericiliyə əsasən tətbiq olunan maliyyə sanksiyaları haqqında da ətraflı məlumat verilib.
Tədbirin sonunda suallar ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR