03 Yanvar 2025, Cümə

Şərur rayonunun Düdəngə Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda çıxış edib. Bildirib ki, ailənin daha davamlı olmasının əsas şərtlərindən biri valideynlər tərəfindən, xüsusən də qadınlarımız tərəfindən gənclərə ailə qurmaları ilə əlaqədar düzgün yol göstərməkdən ibarətdir.
Komitə sədri qeyd edib ki, ailə quracaq gənclər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.
Vurğulanıb ki, aparılan təhlillərə görə, Şərur rayonu üzrə 41529 uşaq vardır. Bu uşaqlardan da 435-i sağlamlıq imkanları məhdud uşaqdır.
Sonra “Qadınlarda virus hepatitlərinin fəsadları, bətn daxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyevanın çıxışı dinlənilib.
Tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR