06 May 2024, Bazar ertəsi

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində yenidoğulmuşların reanimasiyası üzrə üçgünlük seminar-treninq keçirilib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib.
“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı onlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.

Qeyd olunub ki, hazırda reproduktiv sağlamlığa və ailə planlaşdırılmasına nəzarət daha da gücləndirilib, səhiyyə-maarifi işləri günün tələbləri səviyyəsində qurulub. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reyestri yaradılır. Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri daha da gücləndirilir. Bir neçə ildir ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində yenidoğulmuşların tibbi müayinələrinin uğurlu icrası, ana və uşaqların sağlamlıqlarının qorunması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilir.
Sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları Fəxrəddin Qarayev və Araz Əliyev yenidoğulmuşlarda yaranan xəstəliklər və onların müalicə yolları haqqında təlim keçiriblər. Təlim zamanı yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi barədə ətraflı məlumat verilib. Mövzu ilə bağlı videosüjetlər nümayiş etdirilib.
Muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən həkim-neonatoloqların iştirak etdikləri tədbirdə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova müasir informasiya və təhsil texnologiyalarına əsaslanan belə treninq­lərin səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR