06 May 2024, Bazar ertəsi

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən cari ilin payız mövsümünün dərin tibbi müayinələri oktyabrın 8-dən 31-dək həyata keçirilib.
Müayinələr 12 min 155 nəfəri əhatə edib. Şagirdlər arasında aşkar edilən xəstəliklərin kompleks müayinəsi üçün onların müvafiq səhiyyə müəssisələrinə göndərilməsinə göstəriş verilib.
Qeyd edilməlidir ki, müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri xəstəxananın Poliklinika şöbəsinə dəvət olunub, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimləri tərəfindən müayinələrdən keçərək qruplaşdırılıb. Profilaktika məqsədilə maarifləndirmə işi gücləndirilib.
Məktəblərdə aparılan tibbi müayinələrdən sonra bu tədbir Naxçıvan şəhərindəki məktəbəqədər müəssisələrdə davam etdirilib.

Hüseyn ƏSGƏROV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR