06 May 2024, Bazar ertəsi

Sentyabrın 28-də Şərur Rayon Mərkəzi Xəstəxanasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya iclası keçirilib.
Səhiyyə naziri Niyazi Novruzov tədbirdə çıxış edərək bildirib ki, insan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu alternativsiz inkişaf yolu ölkəmizin hər bir bölgəsində səhiyyə ocaqları üçün yeni binaların tikilərək istifadəyə verilməsində və müasir səhiyyə avadanlıqları ilə təmin edilməsində, həkimlərin peşə hazırlığının diqqət mərkəzində saxlanılmasında mühüm əhəmiyyət kəsb edir.

Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində bu gün səhiyyə müəssisələrimizdə dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, yeni texnologiyalarla müayinə və müalicə işləri aparılır. Şərur Rayon Mərkəzi Xəstəxanası da belə səhiyyə müəssisələrindən biridir. Burada müasir tibbi avadanlıq və cihazlarla müayinə, müalicə işləri aparılır, humanitar tibbi aksiyaların keçirilməsi ənənə halını alıb. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatlarının təşkili onlara həm maddi, həm də mənəvi dəstəkdir. Rayonda sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradır.
Kollegiya iclasında çıxış edən nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov Şərur rayonunda əhaliyə göstərilən səhiyyə xidmətinin vəziyyəti, Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mənsumova isə Sədərək, Şərur və Kəngərli Rayon Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən tibbi xidmətin təşkili barədə məlumat veriblər.
Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.
Sonra kollegiya iştirakçıları Şərur Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR