06 May 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri muxtar respublikanın səhiyyə müəssisələrində yaradılmış imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər. 

Ayda bir dəfə təşkil edilən növbəti aksiya Sədərək Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstə­lərin siyahısı hazırlanaraq onlar xəstəxanaya dəvət olunublar.
Qeyd edək ki, səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə cari ildən etibarən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibbi sığortanın təşkili ilə əlaqədar rayon mərkəzi xəstəxanası kompüterlərlə təmin edilərək səhiyyə informasiya sistemi yaradılıb, ehtiyac olan tibbi avadanlıqlarla təchiz edilib. Gələcəkdə icbari tibbi sığortanın digər rayonlarda da tətbiqi səhiyyəni yeni inkişaf mərhələsinə çıxaracaqdır.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadasının üzvləri bu səhiyyə müəssisəsində 57 nəfəri ambulator müayinələrdən keçirərək müvafiq tövsiyələr veriblər. Müayinələrin aparılmasında cərrah, oftalmoloq, uroloq, endokrinoloq, terapevt və nevropatoloqlar, LOR həkimləri iştirak ediblər.
Qaraağac kənd sakini Hüseynalı Cəfərovun iki övladı ambulator tibbi müayinələrə cəlb olunub. Valideyn övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları az­təminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Naxçıvan Muxtar Respublika Xəstəxanası belə aksiyaları digər rayonlarda da davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR