29 Aprel 2024, Bazar ertəsi

Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçilərinin B vaksini ilə immunlaşdırılması məqsədilə üç turdan ibarət immunlaşdırılma işi həyata keçirilir. Hepatit B vaksininin vurulması üçün orta tibb işçilərindən (vaksinator daxil olmaqla) ibarət briqada yaradılmışdır. Aksiya həm rayon mərkəzi xəstəxanalarının, həm də Naxçıvan şəhərindəki tibb müəssisələrinin işçilərini əhatə edir. Vaksin alan bütün tibb işçilərinin qanı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə laboratoriyasında hepatit B virusuna qarşı analiz olunmuş və həmin qan nümunələrinin hepatit B-yə görə seroloji ­dia­q­nostikası aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə dekabrın 15-də tibb işçiləri arasında immunlaşdırma turuna start verilib. Bu mərhələyə müxtəlif səbəblərə görə əvvəlki turlarda iştirak etməyən, cari ildə işlə təmin olunan yüz nəfər həkim və orta tibb işçisi cəlb olunub.
Sonra vaksinatorlar tərəfindən 11 nəfər üzərində hepatit B vaksini ilə immunlaşdırma işi aparılıb.
Tədbir Naxçıvan şəhərinin digər səhiyyə müəssisələrində davam etdirilib. Rayonlarda isə bu işi gigiyena və epidemiologiya mərkəzlərinin nəzarəti altında rayon mərkəzi xəstəxanaları həyata keçirəcək.
Xatırladaq ki, B vaksini ilə immunlaşdırma işinin ikinci turu bir ay, üçüncü turu isə ikincidən altı ay sonra icra olunur. Muxtar respublikada ilk dəfə belə aksiya 2007-ci ildə, ikinci dəfə isə 2012-ci ildə Naxçıvan şəhərindəki cərrahi, ginekoloji və stomatoloji xidmətlə məşğul olan tibb müəssisələrində həyata keçirilmişdir. Həmin müddətdə cərrahların, ginekoloqların, stomatoloqların və digər tibb işçilərinin böyük bir qrupu hepatit ­ B vaksini ilə peyvəndə cəlb olunub. 2007-ci ildə peyvənd alan tibb işçilərinin hamısı 2012-ci ildə revaksinasiya edilmişdir.


Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR