29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində şagirdləri kompleks tibbi müayinədən keçirib.
Son illərin quruculuq ünvanlarından olan bu təhsil müəssisəsində hazırda 454 şagird təhsil alır. Onlardan 47 nəfəri məktəbin yataqxanasında yaşayır. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan bu şagirdlər mütəmadi olaraq tibbi müayinələrdən keçirilir, sağlamlıqları mühafizə edilir. Diaqnostika-Müalicə Mərkəzinin həkimləri Aysel İbrahimova, Məhsəti Allah­verdiyeva, Xətai Əliyev və Aynur Rzayeva ambulator müayinələr zamanı internat tam orta məktəbinin yataqxanasında yaşayan şagirdləri hematoloji, uroloji, nefroloji, praktoloji, oftalmoloji və digər tibbi müayinələrdən keçiriblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. 22 uşaqda əlavə tibbi müayinələrə ehtiyac olduğundan onlar müalicə məqsədilə Diaqnostika-Müalicə Mərkəzinə dəvət ediliblər.

Humanitar aksiya çərçivəsində alınmış meyvə və şirniyyat məhsulları məktəbin bufetinə, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Hər iki valideynini itirmiş 5 şagird geyim dəsti, gündəlik istehlak məhsulları ilə təmin edilib. Həkim, müəllim və şagirdlər üçün açılmış çay süfrəsində səhiyyə maarifi işi aparılıb.
Məktəbin direktor müavini Mehman Vəlibəyov şagirdlərə göstərilən bu xidməti dövlətimizin gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələrin uğurlu icrası kimi dəyərləndirərək minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR