29 Aprel 2024, Bazar ertəsi

Ucqar dağ və sərhəd kəndlərinin həkim ambulatoriyaları, feldşer-mama məntəqələrində çalışan orta tibb işçiləri tərəfindən kardioloji xəstələrə ilkin tibbi yardım xidmətini daha da yaxşılaşdırmaq üçün Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzində üçgünlük təlim-treninq keçirilib. Tədbir iştirakçıları əvvəlcə mərkəzin fəaliyyəti, maddi-texniki bazası ilə tanış olublar.

Təlim-treninqlər 20 nəfərlik qruplar üzrə keçirilib. Mərkəzin baş həkimi Alı Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün muxtar respublikada əhaliyə göstərilən kardioloji xidmət yüksək səviyyədədir. Tibb elminin son nailiyyətlərindən səmərəli istifadə olunur. Xəstələrə ambulator və stasionar tibbi xidmət, xüsusən də reanimasiya xidməti təlimata uyğun aparılır. Kardioloji xəstələrin invaziv müalicələri, açıq ürək-damar, protez qapaqların implantasiyası əməliyyatları yerli mütəxəssislər tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.

Qeyd edilib ki, son illər stasionarda ölüm hadisələrinin hamısı kəskin miokard infarktından sonra yaranmış ağır kardiogen şokun və kəskin ürək çatışmazlığının (ürək astmasının, ağciyər ödeminin) hesabına baş vermişdir. Bütün ağırlaşmalar və stasionar ölümlər tibbi şuralarda müzakirə olunub. Əksər hallarda ağırlaşmalara hospitalizasiyanın yubanması, ixtisas və qeyri-ixtisas həkimlər tərəfindən infarktlı xəstələrin ambulator müalicələrinin evlərdə aparılması, rayonlardan, xüsusən ucqar kənd­lərdən xəstələrin xəstəxanaya göndərilməsinin yubanması səbəb olur. Bütün bunların aradan qaldırılması məqsədilə muxtar respublika ərazisində çalışan kardioloqların iştirakı ilə seminar keçirilmişdir. “Kəskin koronar sindrom hallarında ilkin tibbi yardım və tibb işçisinin taktikası”, “Hipertonik krizlər zamanı ilkin tibbi yardımın təşkili” barədə təlim-treninqlərdə həkimlərə, həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində çalışan tibb işçilərinə tövsiyələr verilmişdir. Bununla yanaşı, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması istiqamətində görülən tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi hələ də öz aktuallığını itirməyib.
Həkim kardioloqlardan Alı Əliyev, Süleyman Cəfərov, Cəfər İsmayılov, Ramin Hacıyev və Vəli Musayev tərəfindən həyata keçirilən təlim-treninqdə ürək-damar xəstəliklərinin təcili təxirəsalınmaz yardım tələb edən hipertonik krizlər, ürək astması, ağciyər ödemi, kəskin koronar sindromu hallarında ilkin tibbi yardım tədbirləri barədə məlumat verilib. Xüsusən kəskin koronar sindromu hallarında xəstələrin həyatlarının xilas edilməsi üçün Kardioloji Mərkəzə və ya Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə vaxtında göndərilməsi tövsiyə edilib. Erkən koronar angioqrafiya müayinə və müalicəsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR