29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü muxtar respublikanın müasir səhiyyə müəssisələrindən biri olan Babək Rayon Mərkəzi Xəstəxanasında 27 cərrahi əməliyyat aparıb, əhaliyə təmənnasız tibbi xidmətlər göstəriblər.
Həkim-cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, İlham İsmayılov, Nazim İbrahimov, İlhamə Əsgərova, anestezioloqlardan Ənvər Şıxəliyev, Zaur Həsənov, Aidə Məmmədovanın iştirakı ilə ambulator müayinələrdən keçmiş 50 xəstə üzərində cərrahiyyə əməliyyatları aparıblar. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində xolesistoektomiya, kistoektomiya, hemorroidoektomiya, hernioektomiya və başqa əməliyyatlar aparılıb.

Xəstəxanada spinal anesteziya ilə növbəti yırtıq əməliyyatı icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıb.
Babək rayonunun Aşağı Buzqov kənd sakini Narıngül Qasımova başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də yüksək səviyyədə göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri xəstaxananın həkimlərinə tibbi avadanlıqların prinsiplərini də öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi həkim və tibb işçilərinə izah edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR