29 Aprel 2024, Bazar ertəsi

Ötən şənbə günü Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə “Stomatologiyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ­ediblər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq bildirib ki, səhiyyə sisteminin inkişafına dövlət qayğısının get-gedə artırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən qurulması digər sahələr kimi, stomatologiya sistemində də mühüm irəliləyişlərə, ixtisaslı kadr potensialının artırılmasına şərait ­yaradıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, universitetdə stomatologiya ixtisasının açılması bu sahədə ixtisaslı kadrların hazırlanmasına vacib töhfələr verir. Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetinin Türkiyə universitetləri ilə əlaqələri ilbəil genişlənir. Belə əlaqələr zamanı tədrisin təşkili və tibb elminin aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, onların nəticələri əsasında konfrans və seminarların keçirilməsi, diaqnostikanın, profilaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur.

Tədbirdə Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, “İmplandent” Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov, stomatoloqlardan Rövşən Məmmədov, Yıldırım Özgür, Cavid Əhmədbəyli, Esin Özlek və digərləri “Diş əti xəstəliklərinin qeyri-cərrahi müalicəsi”, “Endodontiyada irriqasiya aktivasiya yöntəmləri”, “İmplantologiyada ­sadədən mürəkkəbə”, “Kompozit restovrasiyalarda rəng anlayışı” və digər mövzularda çıxışlar edib, dünya praktikasındakı son yeniliklərdən söhbət açıblar.
Sonda elmi müzakirələr aparılıb, suallar cavablandırılıb, konfransda iştirak edən stomatoloqlara və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin Stomatologiya ixtisası üzrə təhsil alan tələbələrinə sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR