29 Aprel 2024, Bazar ertəsi

Muxtar respublikamızda iyul ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib. İnfeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yeni doğulmuş uşaqların 98,6 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd edilib. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib. Su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 49 min 510 kvadratmetr sahədə dezinfeksiya və 33 min 480 kvadratmetr ərazidə dezinseksiya tədbirləri həyata keçirilib.
Uşaq və yeniyetmə müəssisələrində, məktəblərdə monitorinqlər, eyni zamanda maarifləndirici tədbirlər təşkil edilib.
Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-­epidemik tədbirlər həyata keçirilib.

İyul ayı ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib. 32 su, 32 yuyuntu və 988 digər nümunələrin müayinələri aparılıb.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 196, təhsil üzrə 445, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 111, kommunal sahələr üzrə 55, sürücülük üzrə 5 nəfər olmaqla, bütövlükdə, 812 nəfər müayinədən keçib.
Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin Qidalanma gigiyenası laboratoriyasında 7 nümunədə 26 müayinə aparılıb, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun norma daxilində olması, həmçinin dəmir preparatı ilə unun zənginləşdirilməsinə görə 2 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu aşkar edilib.
Kommunal gigiyena laboratoriyasında 12 nümunədə 28 müayinə, Toksikoloji, xarici mühit və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 4 nümunədə 14 müayinə aparılıb.
Əhalinin sanitariya sahəsində maarif­ləndirilməsi məqsədyönlü şəkildə həyata keçirilib, 60 mühazirə oxunub. Sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın müvafiq orqan­lar tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR