29 Aprel 2024, Bazar ertəsi

Muxtar respublikamızın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqaməti də əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdan ibarətdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə yaxından iştirak edən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlardan səmərəli istifadə edir, əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla aparırlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü müasirtipli səhiyyə müəssisələrindən olan Babək Rayon Mərkəzi Xəstəxanasında 30 müayinə, 22 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər. Həmin gün xəstəxanada 16 nəfər ultrasəs və elektrokardioqrafiya müayinəsi olunub, onlardan qan analizləri götürülüb, müvafiq tibbi məsləhətlər verilib.

Cərrahi əməliyyatlar həkim-cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, Zeynəb Məmmədova, İlham İsmayılov, anestezioloq-reanimatoloqlardan Ənvər Şıxəliyev, Zaur Həsənov və əməliyyat tibb bacıları tərəfindən icra olunub. Onlar 30 xəstəni müayinə ediblər. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində uroloji, proktoloji, qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə ­buraxılıb.
Babək rayonunun Hacıvar kənd sakini, 68 yaşlı əmək veteranı Nizami Məmmədov başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə göstərilən xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR