29 Aprel 2024, Bazar ertəsi

22 iyul – Milli Mətbuat Günü münasibətilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən “Gələcəyə sağlam baxış” devizi altında Naxçıvan Muxtar Respublika Xəstəxanasında tibbi aksiya təşkil olunub.
Tibbi aksiya zamanı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən jurnalistlər, onların ailə üzvləri müayinələrdən keçiriliblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrah-oftalmoloqu Humay Bayramova bildirib ki, müraciət edənlər həkim briqadası tərəfindən müayinə olunub, xəstəlikləri aşkar edilənlərə müalicə yazılıb, həkim məsləhəti verilib. Cərrahiyyə əməliyyatına ehtiyacı olanlar isə bu həftə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən əməliyyat ediləcəklər.
Müayinə olunan jurnalistlərdən Elman Məmmədov, Səməd Canbaxşıyev, Aygün Hüseynli və Ramal Məmişov belə bir nəcib aksiyanın keçirilməsinin jurnalistlərə göstərilən diqqət və qayğının növbəti ifadəsi olduğunu deyiblər. Qeyd ediblər ki, jurnalistlərin peşə xəstəlikləri sırasında göz xəstəliklərinə daha çox rast gəlinir. Bu mənada, belə bir aksiyanın keçirilməsi təqdirəlayiq haldır.

Fatma BABAYEVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR