29 Aprel 2024, Bazar ertəsi

Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən aldığımız məlumata görə, bu ilin 6 ayı ərzində 275 obyektdə 24 min 220 kvadratmetr sahədə, 53 obyektdə 9600 kvadratmetr sahədə dezinseksiya işləri görülüb. 2017-ci ilin əvvəlindən etibarən hər ay üçün monitorinq keçiriləcək obyektlərin qrafiki hazırlanıb və hər gün dövlət müəssisələrində və sahibkarlıq obyektlərində yoxlamalar aparılıb və lazımi obyektlərdə akt tərtib olunub. İctimai iaşə müəssisələrində və ərzaq satışı mağazalarında sanitar pozuntuların aradan qaldırılması üçün şifahi tapşırıqlar verilib. Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları zoonoz infeksiyalarının yayılmaması üçün Şahbuz Rayon Baytarlıq İdarəsi ilə birlikdə əhali arasında bruselyoz, qarayara, quduzluq və digər zoonoz infeksiyalar haqqında geniş səhiyyə maarifi işləri aparıb.

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR