29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri məktəbəqədəryaşlı uşaqlar arasında ilkin vərəmə yoluxmanın aşkarlanması üçün yüksək dağ kəndlərində Diaskintest (dəri içi allergik sınaq) müayinələrinə start verib. Ötən həftə Şahbuz rayonunun Kolanı və Biçənək kəndlərində məktəbəqədəryaşlı uşaqlar arasında Diaskintest müayinələri aparılıb.
Bu münasibətlə keçirilən tədbirdə dispanserin baş həkimi İlqar Rzayev çıxış edərək bildirib ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan hər il 1,6 milyon insanın həyatına son qoyur. Lakin bu mübarizəni bir an belə dayandırmadan müəyyən sabitliyə nail olmaq mümkündür. Müasir dünya səhiyyəsində tətbiq edilən Diaskintest müayinə üsulu xəstəliyin qarşısının alınmasında yeni mütərəqqi metodlardan biridir. Vərəmin müayinə və müalicəsində əhalinin məlumatlılıq səviyyəsini artırmaq, insanlar arasında maarifləndirmə işi aparmaq da vacibdir.

Sonra Kolanı kəndində 12, Biçənək kəndində isə 44 nəfər uşağa Diaskintest sınaqları qoyulub. Aparılan müayinələr nəticəsində bu kəndlərdə vərəmə görə epidemioloji situasiyanın qənaətbəxş olduğu aşkarlanıb. Belə ki, müayinə olunan uşaqlarda vərəmə yoluxmanın aktiv fazası qeydə alınmayıb. Bundan əlavə, dispanserin həkim briqadası hər iki kənddə səhiyyə maarifi işi aparıb, 24 nəfərə dərman preparatları verilib.
Qeyd edək ki, vərəmlə mübarizə tədbirləri çərçivəsində Şahbuz Rayon Mərkəzi Xəstəxanasına 1000 ədəd İzoniazid, 1000 ədəd Rifampiçin dərmanları, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinə məhkumlar arasında vərəm xəstəliyini aşkarlamaq üçün 45 nəfərlik Diaskintest materialı verilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR