29 Aprel 2024, Bazar ertəsi

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Şahbuz rayonundakı Aşağı Qışlaq kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.
Həkim-ginekoloq, pediatr, LOR, endo­krinoloq və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 30 nəfər uşağa tibbi xidmət göstərib, onlardan bəzilərinin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb, valideynlərlə səhiyyə maarifi işi aparılıb.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR