29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gəlməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında qurulmuş bölgədə analoqu olmayan müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Yüksəkixtisaslı həkim briqadaları yerli həkimlərlə birgə hər il çoxlu sayda müxtəlif cərrahi əməliyyatları uğurla həyata keçirirlər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası may ayı ərzində ikinci dəfə Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirib.
Həkim-oftalmoloq və anestezioloqlardan ibarət səyyar briqada mayın 18-19-da 150-dən çox müayinə, 10 göz əməliyyatı aparıb, pasiyentlərə tibbi məsləhət və tövsiyələr verilib. Səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib. Bu aksiya onlarla ailənin sevincinə səbəb olub.
Şərur rayonunun Alışar kənd sakini Vaqif İsmayılov bildirib ki, aksiya çərçivəsində onun üzərində mürəkkəb göz əməliyyatı aparılıb. O, başqa yerlərə getmədən muxtar respublikada pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
Xatırladaq ki, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası 6-8 may tarixlərində də Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirib, 170-dən çox müayinə, 18 göz əməliyyatı aparıb.
Mərkəzin baş həkimi Aytən Sultanova Naxçıvan Muxtar Respublika Xəstəxanasında belə müayinələrin ayda bir dəfə olmaqla ilboyu keçiriləcəyini bildirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR