21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə əlverişli zəmin yaradıb.


Bu istiqamətdə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində daha bir peşə kursu başa çatdırılıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva peşə kurslarının təşkilinin ixtisaslı kadr hazırlığındakı əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu gün başa çatdırılan dayə hazırlıq kursu da muxtar respublika ərazisində yerləşən uşaq bağçalarının kadrlara olan tələbatının ödənilməsində mühüm rol oynayacaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbəri Vüsal Süleymanlı ötən dövr ərzində peşə kurslarının təşkili çərçivəsində görülən işlər və tətbiq olunan yeniliklər haqqında məlumat verib. Bildirilib ki, təkcə cari ilin birinci yarısı ərzində mərkəzdə müxtəlif peşələr üzrə 9 kurs təşkil olunub, ümumilikdə, bu kurslara 151 müdavim cəlb edilib.
Sonra dayə peşə kursunu uğurla bitirən müdavimlərə müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində hazırda bərbər, xalçaçı peşə hazırlığı, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər və kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru ixtisasartırma kursu üzrə 59 müdavim tədrisi davam etdirir.

Aytac CƏFƏRLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR