03 May 2024, Cümə

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə” medalları ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiklərinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiklərinə görə “Vətən uğrunda” medalı ilə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiklərinə görə “İgidliyə görə” medalı ilə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiklərinə görə “Cəsur döyüşçü” medalı ilə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiklərinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiklərinə görə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Təltif edilənlər arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da vardır:

İbrahimov Fərhad Azər oğlu – polkovnik

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə,

Bodurov Tərlan Qurban oğlu – polkovnik-leytenant

“Vətən uğrunda” medalı ilə,

Allahverdiyev Rafiq Süleyman oğlu –
polkovnik-leytenant

Sədirov Əsəd Əliağa oğlu – mayor

“İgidliyə görə” medalı ilə,

Əhmədov Nəsib Vaqif oğlu – polkovnik

Zeynalov Kamran Bəhman oğlu –
polkovnik-leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə,

İlyasov Mikayıl Cahangir oğlu – baş leytenant

Hüseynov Elçin Mehdi oğlu – əsgər

Süleymanov Məhərrəm Kərəm oğlu – əsgər

“Vətən uğrunda” medalı ilə,

Bədəlov Ağababa Əfsərağa oğlu –
baş leytenant

“İgidliyə görə” medalı ilə,

Cəfərov Qurban Telman oğlu – əsgər

Eyvazov Mürvət Firuz oğlu – əsgər

Məmmədzadə Bilal Fuad oğlu – əsgər

“Cəsur döyüşçü” medalı ilə,

Allahyarov Elşən Ələsgər oğlu – əsgər

Cəfərov Afiyəddin Cəmaləddin oğlu – əsgər

Cəfərzadə Naim Məmməd oğlu – əsgər

Dünyamalıyev Uğur Müşviq oğlu – əsgər

Əmoyev Kamal Rafiq oğlu – əsgər

Heydərov Anar Əli oğlu – əsgər

Hüseynov Kamandar Məzahir oğlu – əsgər

Qurbanov Nail Yaşar oğlu – əsgər

Məhərrəmov Namiq Heydər oğlu – əsgər

Novruzov Əjdər Bəxtiyar oğlu – əsgər

Seyidli Mirorxan Miryaqub oğlu – əsgər

“Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR