01 May 2024, Çərşənbə

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:
1. Ümumtəhsil məktəblərində şəxsiyyət­yönümlü kurikulumların tətbiqi yolları
2. Nəticəyönümlü kurikulumların tətbiqi
3. Kurikulumların tətbiqində dərs nümunələri
4. Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları
5. Kurikulumda strategiyalar.
Konfransda respublikanın ali, orta təhsil və məktəbəqədər müəssisələrinin əməkdaşları məruzələrlə çıxış edə bilərlər.
Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır və 1 sm intervalla, 14 şriftlə (Times New Roman), formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 1-3 səhifə həcmində təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri məqalənin adının altında yazılmalıdır.
Konfransın materialları məcmuə şəklində nəşr olunacaqdır.
Məruzələr 20 aprel 2015-ci il tarixədək Naxçıvan Müəllimlər İnstitutunun elmi hissəsində qəbul olunur.
Konfrans 24 aprel 2015-ci il tarixdə saat 1100-də Naxçıvan Müəllimlər İnstitutunun akt zalında keçiriləcəkdir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1
Naxçıvan Müəllimlər İnstitutu
Telefon: (+99036)545-32-02, (+99036)544-04-29
Faks: (+99036)545-32-02

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR