30 Aprel 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində icra məmuru vəzifələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 19 ştat vahidi üzrə müsabiqə elan edir.
İcra məmuru vəzifələrinə işə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər 2 ədəd arxası ağ fonda 3x4 sm ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət formasını doldurmaq üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində icra məmuru vəzifələrinə işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən şəxslərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli və onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlidirlər. İcra məmuru vəzifələrinə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə icra məmuru işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər icra məmuru vəzifəsinə işə qəbul edilmirlər.

Sənədlər Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 9-da yerləşən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında 2015-ci il aprel ayının 10-dan 2015-ci il iyun ayının 10-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan 1800-dək qəbul olunacaqdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər üçün aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və müsahibə təşkil ediləcək. Müsabiqə imtahanı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi ilə birlikdə keçiriləcəkdir. Müsabiqə imtahanının yekunlarına görə, 60 və daha artıq bal toplamış namizədlər müsahibəyə buraxılacaqlar. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcəkdir.
İmtahanın vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə əlavə məlumat veriləcəkdir.
Əlavə məlumatlar almaq üçün 545-00-69, 545-22-30 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR