30 Aprel 2024, Çərşənbə axşamı

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına “fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 170 santimetr, tam ortatəhsilli və ya buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı (“fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 01.09.2015-ci il tarixədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hər­bi xidmət keçmiş, ehtiyatda olan və 15.09.2015-ci il tarixədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Namizədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq nazirliyin xüsusi həkim ekspertiza komissiyasında, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı şərtlərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarla tanış olmaq olar.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyada təhsil müddəti 4 ildir və tədris Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına “yanğın təhlükəsizliyi mühəndisliyi”, “fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilir, Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olmaq istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına internet vasitəsilə elektron ərizə verdikdən sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- tərcümeyi-hal;
- şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
- hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
- tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
- tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında arayış;
- yaşayış yerindən arayış;
- yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış və digər tibbi sənədlər;
- 4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli pencəkdə).
Sənədlər aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində (Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 25) qəbul ediləcəkdir.

Əlaqə telefonu: 545-41-66

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR