30 Aprel 2024, Çərşənbə axşamı

Miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aparılır.
Muxtar respublika miqrasiya orqanlarında xidmətə qəbulla bağlı müsabiqəyə ali məktəbləri bitirən şəxslər buraxılırlar.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.miqrasiya.nakhchivan.az internet saytına daxil olmaqla “miqrasiya orqanlarında xidmətə qəbul” bölməsində muxtar respublikanın miqrasiya orqanlarında işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə qeydiyyat bir ay müddətində – cari ilin fevral ayının 9-dan mart ayının 10-dək davam edəcək.
Elektron ərizə ilə müraciət edən şəxslər eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin müsabiqə komissiyasına müvafiq sənədləri təqdim etməlidirlər.
Təqdim olunmuş sənədlər əsasında vətəndaşların müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirakla bağlı elektron ərizə qəbulu başa çatandan sonra qeydiyyatı təsdiqlənmiş şəxslərə imtahanın vaxtı ilə bağlı qeydiyyatdan keçdikləri elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən, fiziki və əqli qüsurlarına görə miqrasiya orqanlarında işləməyə qadir olmayan, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışyaşlı vətəndaşlar (qadınlar istisna olmaqla) müsabiqəyə buraxılmırlar.
Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə keçiriləcək müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Xarici dil bilən və kompüterdə işləmək bacarığı yüksək olan şəxslərə müsabiqənin müsahibə mərhələsində üstünlük veriləcək.

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR