Müsabiqədə iştirak etmək istəyən şəxslər 10 iyun-12 iyul 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər.
Maraqlananlar Dövlət İmtahan Mərkəzinin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
(*) Naxçıvan şəhər 3 №-li tam orta məktəbdə işə qəbul olunmaq üçün yalnız Rus dilini mükəmməl bilən şəxslər müraciət edə bilərlər.
(**) Bu müəssisələr Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 25 dekabr tarixli 150 nömrəli Qərarına əsasən stimullaşdırıcı tədbirlər müəyyən edilən təhsil müəssisələridir.