07 Dekabr 2024, Şənbə

Tender 2 lot üzrə keçirilir:
Lot 1 – yaz-yay mövsümü üçün müxtəlif növ əşya əmlaklarının satın alınması
Lot 2 – hərbi ayaqqabıların satın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, bina 41 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyindən (əlaqələndirici şəxs: Cabbarov Murad Rasim oğlu, tel: 544-48-34) ala bilərlər.
Hesab:
AZ21 NABZ12360100000000005944
VÖEN: 0200312291
Bank: Mərkəzi Bank Naxçıvan Muxtar Respublikası İdarəsi
Kodu: 502906
VÖEN:0200087741
M/H: AZ 88NABZ01451700000000012944
S.W.İ.F.T: NABZAZ2C
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları
10. Digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 iyun 2021-ci il saat 1700-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 iyun 2021-ci il saat 1700-a qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, bina 41-də yerləşən Fövqəladə Hallar Nazirliyinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 28 iyun 2021-ci il tarixdə saat 11:00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR