21 Dekabr 2024, Şənbə

Liseyə şagird qəbulu 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin VII sinfində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır.
Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 3x4 santimetr ölçüdə 2 ədəd foto­şəkil
3. Valideynin ərizəsi
4. Təhsil aldığı məktəbdən arayış
5. Sağlamlıq haqqında arayış
Sənədlər 1 aprel 2021-ci il tarixdən 25 may 2021-ci il tarixədək saat 9:00-dan 18:00-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə qəbul ediləcəkdir.
Müsabiqə 10 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcəkdir.
Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat fənni üzrə 25, fizika fənni üzrə 25, ingilis dili fənni üzrə 15, biologiya fənni üzrə 5, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə, 7 fəndən 100 sual təqdim olunacaq, sualların cavablandırılması üçün 3 saat vaxt veriləcəkdir.
Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.

Ünvan: Şərur şəhəri,
Sabir küçəsi 26
Əlaqə nömrəsi: (036) 542-30-76

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR