21 Dekabr 2024, Şənbə

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində açılan Hərbi tibb ixtisası üzrə tədris əyani formada və Azərbaycan dilində aparılır. Təhsil müddəti 6 ildir.
Hərbi tibb ixtisasına cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilir.
Sənədlərin qəbulu:
Hərbi tibb ixtisasına qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək ərizə ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanlığına müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
• abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
• şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
• tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş arayış);
• doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
• nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
• uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
• oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
• evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
• rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4 santimetr ölçüdə və 2 ədəd 4.5x6 santimetr ölçüdə;
• 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərinin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
• elektrokardioqramma;
• qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
• qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
• qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
• sidiyin ümumi analizi;
• psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
Qeyd: Namizədlər hər hansı səbəbdən Hərbi tibb ixtisasında təhsil almaqdan imtina etdikləri halda Naxçıvan Dövlət Universitetindən xaric olunmaları barədə öhdəlik götürürlər.
Naxçıvan Dövlət Universitetinin Hərbi tibb ixtisasına qəbul
aşağıdakı qaydada həyata keçirilir
Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Naxçıvan Dövlət Universitetinin Hərbi tibb ixtisası üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasında müayinədən müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə dekanlığının sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı IV ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər Hərbi tibb ixtisasına Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri əsasında qəbul edilirlər.
Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər IV kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edir və bütün növ təminatlarla (geyim, qida və sair) təmin edilirlər. Hərbi tibb ixtisasına qəbul olmuş şəxslər IV kursadək Naxçıvan Dövlət Universitetində və kliniki bazalarda, son 2 ili isə hərbi andı qəbul edərək birbaşa Hərbi Hospitalda və hərbi şəraitdə təhsil alır və bütün növ təminatlarla təmin edilirlər. Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər təhsil müddətində müəyyən edilmiş məbləğdə müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Sənədlər Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində yaradılmış komissiya tərəfindən qəbul olunur.
Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcəkdir.
Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin internet saytında (www.ndu.edu.az) yerləşdiriləcək.

Əlaqə: Telefon: (+99436) 544-08-61 (2700), +99450 300 42 80
Faks: (+99436) 545-72-88
E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. / Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR