Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə 2020-ci il üçün doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən aşağıdakı qaydada aparılır.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planı:
Büdcə hesabına, əyani təhsilalma forması:
• Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası –1 yer;
• Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer;
• Pedaqoji psixologiya – 1 yer.
Büdcə hesabına, qiyabi təhsilalma forması:
• Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 1 yer;
• Müəllim hazırlığı və fəaliyyəti – 1 yer;
• Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer;
• Sosial pedaqogika – 1 yer;
• Pedaqoji psixologiya – 1 yer.
Ödənişli əsaslarla, qiyabi təhsilalma forması:
• Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 1 yer;
• Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer;
• Pedaqoji psixologiya – 1 yer.
Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya
qəbul planı:
Büdcə hesabına, qiyabi təhsilalma forması:
• Müəllim hazırlığı və fəaliyyəti – 1 yer;
• Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer;
• Pedaqoji psixologiya – 1 yer.
Ödənişli əsaslarla, qiyabi təhsilalma forması:
• Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 1 yer;
• Sosial pedaqogika – 1 yer.
Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 443 nömrəli Qərarı ilə təsdiqlənmiş yeni redaksiyasının tələbləri əsasında aparılır.
Doktoranturaya qəbul (habelə dissertanturaya təhkimolunma) üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• Naxçıvan Müəllimlər İnstitutunun rektorunun adına ərizə;
• kadrların şəxsi-qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• 2 ədəd fotoşəkil (3x 4 sm ölçüdə);
• iş yerindən xasiyyətnamə;
• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsili haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
• xarici dil biliklərinə dair beynəlxalq sertifikat (əgər varsa);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
Sənədlərin qəbulu 25 sentyabr 2020-ci il tarixədək iş günlərində saat 900-dan 1700-a kimi aparılır.
Əlavə məlumat almaq üçün Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə müraciət etmək olar.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 2.
Naxçıvan Müəllimlər İnstitutu Elmi hissə (otaq № 208)
Əlaqə telefonları:(+994 36) 544-04-29
E-mail:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.