21 Dekabr 2024, Şənbə

Liseyə şagird qəbulu 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin VII sinfində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
3. Valideynin ərizəsi
4. Təhsil aldığı məktəbdən arayış
5. Sağlamlıq haqqında arayış.

Sənədlər 6 may 2020-ci il tarixdən 29 may 2020-ci il tarixədək saat 900-dan 1800-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə qəbul ediləcəkdir.
Müsabiqə 10 iyun 2020-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə saat 1000-da keçiriləcəkdir.
Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat fənni üzrə 25, fizika fənni üzrə 25, ingilis dili fənni üzrə 15, biologiya fənni üzrə 5, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə, 7 fəndən 100 sual təqdim olunacaqdır. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.

Ünvan: Şərur şəhəri, Sabir küçəsi 26
Əlaqə nömrəsi: (036) 542-30-76

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR