Naxçıvanın iki mərd oğlunun yolu eyni yerdə kəsişirdi. Bu ulu yurda dünyaya göz açıb, böyüyüb boya-başa çatan, iki mərd, vətənsevər igid oğulun yolu 44 günlük Vətən müharibəsində kəsişdi. Bu yolun yolçularının taleyi sanki bir yazılmışdı. Ömrün bahar çağında payız fəslini də bahara çevirdilər öz igidlikləri ilə, öz qızıl qanları ilə suladılar Vətən torpağında öz əzizlərinin isti nəfəsini duymadığı üçün solan illərdi imdad diləyən xarı bülbülü.Onların babası da da adaş idi özləri də İki igid oğul Həsən qədim Naxçıvanın igidlər yurdu Şərur rayonun Qarahəsənli kəndində dünyaya ayrı ayrı vaxtlarda göz açsalar da eyni yolun yolçusu oldular. Vətən müharibəsində ölümsüzlüyə qovuşdular. Vətənsevər, qəlbi torpaq sevgisiylə dolu, qanına vətənpərvərlik hopan iki igid nər oğul həyatlarını uf demədən qurban verdi Vətən torpağına. Onlar bu kəndin Qarabağda öz canını torpağa qurban verən ilk igidi deyillər. Azərbaycanın Milli Qəhrəmanı Kərim Kərimov da bu kənddə dünyaya gəlib. Elə məzarları da yan yanadı kənd məzarlığında. Bu iki igid Kərimin düşmənin xain gülləsinə tuş gəldiyi üçün tamamlaya bilmədiyi bir misiyyanı yerinə yetirdilər. Onlar Milli Qəhrəmanın yanına ona qələbə xəbəri verməyə getdilər.
Kənddə ilk ziyarət etdiyim ocaq Həsən Quliyevin ocağı oldi.
Anası İradə xala oğlu üçün bəzədiyi -muzeyə çevirdiyi otaqda qarşlayır bizi. Bu otaqda nələr yoxdu Həsin hərbi formaları xidmət etdiyi və təhsil aldığı illərdə təltifləri kitabları şəkilləri. Həsənin rəsimlərindəki gülən gözlərinə, gənc üzünə baxanda bir anlıq kədər bürüsə də məni az sonra bu kədəri qürur əvəz edir. İradə xala deyir ki, Həsən dünyaya gələndə ona babasınıln adını verdik. Babası hərbiçi olub. İkinci Dünya Müharibəsi Veteranı idi. Adı ilə bərabər o babasının sevdiyi sənəti də özünə layiq bildi. Balaca olanda özündən böyük qohumların uşaqlarında kimdə hərbi forma görsə mütləq onun papağını götürüb başına geyərdi. Hərbçi olacam deyərdi. Üç oğlumun sonbeşiyidi Həsən o nə istəsə həmişə ona çatmaq üçün mübarizə aparmaqdan yorulmazdı. Heydər Əliyev adına Hərbi Liseyə də Azərbaycan Ali Hərbi Məktəbinə də öz istəyi ilə getdi. Təhsilini bitirib leytinant rütbəsi alanda çox sevinmişdi. İlk xidmətə cəbhə bölgəsi olan Göranboy rayonun Ballıqaya kəndində başladı. Vətən müharibəsi başlayan gündən ürəyim yanırdı sanki onla danışa bilmirdim deyə özümə yer tapa bilmirdim. Gecə gündüz fikrim oradakı övladlarımızın yanında idi. Üç gün idi ki siddətli döyüşlər gedirdi Həsənin şəhid xəbəri gələn günü onun ad günü idi həmin gün 24 yaşı tamam olacaqdı. Oktyabırın birində balamı o çox sevdiyi uğrunda canından keçdiyi Vətən torpağına tapşırdıq. Hər gün gedirəm o müqəddəs məzarına igid oğlum sənin qisasını aldı hərbçi yoldaşların. Arzusunda olduğun qələbə xəbərini sən gətirdin özündə bilmədən qələbə müjdəçisi, sülh göyərçini oldun. Döyüşlərdə göstərdiyin igidliyə görə Ail Baş Komandan səni “ Vətən uğrunda”, “ III Dərəcəli Vətənə xidmətə görə ” medalı ilə təltif etdi deyirəm.
Səfərov Fazil (dostu, tələbə yoldaşı) Həsənlə həm kursant həm də tələbə yoldaşı olmuşam. Təhsilimizi bitirdikdən sonra ayrı ayrı yerlərdə xidmətə başladıq. Həsənin ürəyi ancaq Vətənlə döyünürdü. O cəsur igid bir zabit idi. Xidmətini cəbhə bölgəsində keçirir hər an döyüşə atılmağa can atırdı. Vətən müharibəsi başlayanda o Murovdağ mən isə Cəbrayıl Fizuli istiqamətində döyüşürdüm. Mən hərbçi olmağı dayım birici Qarabağ müharibəsi Azərbaycan Respublikasının Milli Qəhrəmanı Kərim Kərimovun qisasını almaq üçün seçmişdim.Onun yarımçıq qoyduğu işi tamamlamaq üçün. Müharibə başlandan iki gün sonra Həsənin şəhid olduğu xəbərini alanda qəlbimdəki qisas imtiqam məhşəli daha da alovlandı. Qubablıya kimi düşmənin şəhidlərimizin qisasını almaq üçün məhv etdim. Qubadlı rayonunda ağır yaralandım. Mən qazi Həsən qardaşım isə şəhid oldu. Bu hər bir damarında azərbaycanlı qanı axan hərbçinin arzusudur. Müharibə qələbə ilə bitəndə onları itirdiyimizə görə heyfislənsək də qürurumuz daha çox idi. Çünki Həsən kimi oğullar xalqımızı illərdi həsrətin çəkdiyi öz yurd yuvalarına qovuşdurdu.
Həsənin ailəsi və yaxın dostu ilə həmsöhbət olduqdan sonra kəndin digər qəhrəmanı Həsən Cəlilovun ocağına üz tuturuq.
İki bacının bir qardaşı Cəlilovlar soyunun tək davamçısı, üç ay idi ki, bir gözəlin adaxlısı idi o. Nişanlısı ilə üz üzə əyləşmək onun gözlərindəki kədər qarışıq qüruru izləmək qədər çətin heç nə ola bilməzdi mənim üçün.
Ailəmizin tək çırağı Həsən o sönmədi məhşələ döndü deyir atası Məhərrəm dayı. İgid bir övlad böyütdük biz o bizim sönməyən ocağınızdı. Qapımızda dalğalanan bayrağı o gətirdi. Fizulinin Qubadlının Şuşanın azad səmalarında da dalğalanır o bayraq daha.Oğlumun Daşaltı əməliyyatına kimi bir neçə yerdə döyüşdüyü haqqında məlumat alanda fəxr hissi keçirdim. Kaş ki, daha çox döyüşüb daha çox torpağın işğaldan azad ediləsində əməyi olardı deyirəm.Amma taleyi yazan tanrıdı uca Allah kimə nə vəzifə verirsə onu da yerinə yetirir. Həsən Daşaltıda yaralanıb şəhidlik məqamına yüksəldikdən sonra bütün el evimizə axışdı hamılıqla dərdimizə şərik oldular. Onun cənazəsini gətirən döyüş yoldaşları Həsənin igidliyindən söz açdıqca yanan ürəyimiz az da olsa təpər tapdı.Yaxın günlərdə oğlumun Ali Baş Komandan tərəfindən Vətən uğrunda medalı ilə təltif edildi. Bizim övladlarımız bu şərəfə layiq görüldü.Biz hamımız nə zamansa köçüb gedəcəyik bu dünyadan amma onlar əbədi olaraq yaşayacaqlar. Onları həm də ruhlarına ehtiram, ailələrinə qayğı yaşadacaq.
Kifayət xala (anası )Bir neçə ay idi ki, getmişdi orduya. Təzəcə nişanlanmışdı. Cəmi üç ay idi. Bircə oğlum görən gözüm həmişə hər işdə özünü irəli verərdi. Elə bu dəfə də elə oldu. Səhər tezdən qalxıb işə yola salmışdım heç bir az keçməmiş qayıtdı ki, gedirəm Qarabağa. Elə tələm tələsik yuyunub çıxıb formasın dəyişdi ki, dedim ay bala bir az yemək ye sonra get. O isə tələsirəm deyib məni qucaqladı. Demək bu son görüşməmiz imiş son dəfə ətrini duyurmuşam körpəmin. O torpağı hamıdan çox sevirmiş demə. Cənnət ətrini almağa gedirmiş. O qapıdan çıxanda üzü ağ, alnı açıq qayıt dedim. Balam kimi onlarla oğul getdi ocaqlardan kimi canı kimisi isə gözünün nuru, əli, ayağı ilə can verdi Qarabağa. Onlar illərdi anlımıza yazılan qara ləkəni öz qanları ilə sildi. Bacım oğlu Vərməziyar kənd sakini Elləddin Meydanov da döyüşlərdə şəhid oldu.
İki igidin ailəsində olub onların əzizləri həmsöhbət olduqdan sonra kənd məzrlığına üz tutur Vətən oğullarının məzarını ziyarət edirik. Düşünürəm ki, illər keçəcək hamı dünyadan köçəcək. Onlar isə əbədi yaşayacaqlar bu xalqın ürəyinin başında. Anaların göz yaşında, ataların həsrət dolu baxışlarında, bəzənməyən xonçalarda, yarımçıq qalan vağzalı sədalarında, düşməndən azad etdikləri torpaqların hər qarşında. Tarixin zəfər dastanında.
Ramiyyə ƏKBƏROVA