16 May 2024, Cümə axşamı

Azərbaycan Respublikasında koronavirusa daha 2259 yoluxma faktı qeydə alınıb, 1101nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Ətraflı: Azərbaycanda koronavirusa daha 2259 yoluxma faktı qeydə alınıb, 1101 nəfər sağalıb

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan ordusu Dağlıq Qarabağda sabitliyin təminatçısıdır.

Ətraflı: Türkiyə Prezident Administrasiyası: Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycan...

Ermənistan mətbuatı və sosial şəbəkələri növbəti dəfə özlərini gülünc vəziyyətə salıblar.

Son günlər erməni mətbuatı və sosial şəbəkələrində saxta "qədim Ermənistan krallığı" xəritəsinin fotoları yayılmaqdadır. Sözgedən xəritədə Mingəçevir Su Elektrik Stansiyası (SES) da yer alıb. Qonşu dövlət xəritəni qədim olduğunu iddia etsə də, onlar SES-in 1950-ci ildə yarandığını unudublar.

Azərbaycanın ən mühüm enerji obyektlərindən biri olan Mingəçevir SES hələ 1950-ci illərdə Kür çayı üzərində inşa olunub. Həmin yerdə sahəsi 600 kv.km-dən çox olan elektrik stansiyasında enerji istehsalını təmin edən su anbarı yaradılıb. O, təkcə Azərbaycanı elektrik enerjisi ilə təmin etmir, həm də Rusiya, Gürcüstan, İran və Türkiyəyə enerji ixrac etməyə imkan verir.

Maraqlıdır, 70 illik SES necə qədim abidəyə çevirilib və “qədim erməni xəritəsi”ndə yer alıb?

Bu, ermənilərin iddialarının ən azı "qədim erməni krallığı" xülyası qədər absurd və gülünc olduğunu göstərir.

 

 

 

Düşmənin guya cənub istiqamətində bölmələrimizin minaatan taqımını məhv edərək vacib sənədləri əldə etməsi barədə Ermənistan mətbuatının yaydığı xəbər cəfəngiyatdan başqa bir şey deyil.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

 

 

 

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 13-ü saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 42 nəfər həlak olub, 206 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR