01 Noyabr 2024, Cümə

 

 

Qazaxıstanın “Newsroom” portalında Azərbaycan Prezidenti İlham Əliyevin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışındakı çıxışından bəzi məqamların yer aldığı yazı dərc olunub.

Portalın istinadla dərc etdiyi yazıda dövlət başçısının Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlər barədə fikirləri yer alıb. Qeyd edilir ki, Prezident İlham Əliyev hazırda COVID xəstələri üçün 46 xəstəxananın fəaliyyət göstərdiyini bildirib.

Bundan başqa, yazıda Prezident İlham Əliyevin COVID-19 virusuna qarşı peyvəndin alınması ilə bağlı fikirləri oxucuların diqqətinə çatdırılır.

“Newsroom” portalı Azərbaycan Prezidentinin qanunun aliliyi ilə bağlı fikirlərinə də yer verib: “İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

 

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR